Patrik Vieyra: “Deklan Rays mükəmməl yarımmüdafiəçidir”

Xəbərlər
19 Oktyabr 2025 07:12
33
Patrik Vieyra: “Deklan Rays mükəmməl yarımmüdafiəçidir”

“Arsenal”ın sabiq futbolçusu Patrik Vieyra “topçular”ın yarımmüdafiəçisi Deklan Raysı tərifləyib.

Deklan Rays “Çelsi” və “Vest Hem Yunayted”in yetirməsidir və 2023-cü ildə indiki klubuna qoşulub.

“Mən Deklan Raysın böyük pərəstişkarıyam. O, mükəmməl yarımmüdafiəçidir. Onun oyununu izləyəndə onun nə qədər aktiv olduğunu görürəm. O, hücuma keçməyi və mübarizə aparmağı bacarır. Rays çox güclüdür və ən yaxşılardan biridir", - Vieyra “The Sun”a müsahibəsində deyib.

Rays indiyədək “Arsenal”ın 113 matçında meydana çıxıb, 17 qol vurub və 23 məhsuldar ötürmə edib.

İdman.Biz