“Qarabağ”ın rəqibi Hellouin bayramı şərəfinə yeni forma nümayiş etdirib – VİDEO

Xəbərlər
18 Oktyabr 2025 03:41
54
“Qarabağ”ın rəqibi Hellouin bayramı şərəfinə yeni forma nümayiş etdirib – VİDEO

İtaliyanın “Napoli” klubu “EA7” brendi ilə birgə “Hellouin” adlı xüsusi forma təqdim edib.

Bu barədə İdman.Biz klubun rəsmi saytına istinadən məlumat verir.

Yeni forma 2025/2026 mövsümü üçün yaradılıb və məhdud sayda buraxılacaq.

Dizaynın mərkəzi hissəsi dirilərlə ölülər arasında əbədi əlaqəni simvolizə edən skeletdir. Bu element Neapol ənənələrinə istinad edir və onları müasir “Hellouin” obrazı ilə birləşdirir. Formanın yan tərəflərində qotika atmosferi yaradan və Neapolun mistik ruhunu vurğulayan yarasaların olduğu qaranlıq meşə var.

Xatırladaq ki, “Napoli” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar noyabrın 25-də Neapolda qarşılaşacaqlar.

İdman.Biz