Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Dayo Upamekano müqaviləsini uzatmaq istəmir.
İdman.Biz-in məlumatına görə, fransalı oyunçu 20 milyon avro imza bonusu tələb etsə də, klub bunu ödəməyə hazır deyil. Müqavilə 2026-cı ilin yazında bitəcək.
Buna görə də, “Real Madrid” və “Barselona” müqavilə bitəndən sonra onu pulsuz transferlə heyətinə qatmaq üçün yarışırlar.
Bu transfer reallaşsa, La Liqa müdafiəsində yeni dinamika yaranacaq.