İtaliya yığmasının baş məşqçisi Cennaro Qattuzo komandasının dünya çempionatına vəsiqə qazana bilməyəcəyi təqdirdə gələcəyindən danışıb.
İdman.Biz bildirir ki, İtaliya 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-offuna vəsiqəni təmin edib. Altı matçdan sonra italyanlar 15 xalla I qrupunda ikincidir.
“Məqsədimə nail olsam, bunu nailiyyət hesab edəcəyəm, əks halda İtaliyanı tərk edəcəyəm. Onsuz da çox uzaqda yaşayıram, amma daha da uzağa getməliyəm. Hiss edirəm ki, qol buraxanda komanda qorxuya düşür. Bu sahədə təkmilləşmək lazımdır. Təzyiqlərə təslim olmamalıyıq. Bununla bağlı hələ işləməliyik, amma qalan hallarda, komandadan razıyam”, - Qattuzo deyib.