Portuqaliyalı hücumçu Kriştiano Ronaldo dünya çempionatının seçmə mərhələsində bütün zamanların ən çox qol vuran futbolçusu olub.
İdman.Biz bildirir ki, forvard DÇ-2026-nın seçmə mərhələsinin Macarıstanla oyununda iki qol vuraraq hesabı 2:1-ə çatdırıb.
Bunlar Ronaldonun dünya çempionatının seçmə mərhələsində vurduğu 40 və 41-ci qollarıdır.
Dünya Çempionatının seçmə mərhələsində qolların sayına görə Ronaldo qvatemalalı Karlos Ruizi (39) ötüb və indi dünya çempionatının seçmə mərhələsində ən çox qol vuran futbolçudur. Lionel Messi 36 qolla üçüncü, iranlı Əli Daei dördüncü (35), polşalı Robert Levandovski isə beşincidir (33).
Klub səviyyəsində portuqaliyalı forvard Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir və onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.