Geteborq şəhərindəki “Ullevi” stadionunda keçirilən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsindəki oyun İsveç yığmasının Kosovoya 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
İdman.Biz-in məlumatına görə, yeganə qolu 32-ci dəqiqədə “Hoffenhaym”ın hücumçusu Fisnik Aslani vurub.
Qeyd edək ki, “Liverpul”un ulduz hücumçusu Aleksander İsak İsveç millisinin heyətində tam 90 dəqiqə meydanda olub.
İsveç yığmasının B qrupunda dörd oyundan sonra bir xalı var. Onlar sonuncu yerdədir. Kosovo isə 7 xalla ikinci yerdədir. Qrupa 10 xalla İsveçrə başçılıq edir. Sloveniya 3 xalla üçüncüdür.