“Barselona”nın prezidenti Joan Laporta inancından danışıb və zarafatla cənnəti kataloniyalılar və “Real Madrid”in klassik rəqabəti ilə müqayisə edib.
İdman.Biz-in məlumatına görə, Laporta hesab edir ki, cənnət “Barsa”nın “Real”a qol vurduğu yerdir.
"Mən Tanrıya inanıram. İnam mənə kömək edir, amma dini ayinləri yerinə yetirmirəm. İnancımı sevirəm. Bir yepiskopun dediyi kimi, cənnət “Barsa”nın hər beş dəqiqədən bir “Real”a qol vurduğu yerdir. Əgər Tanrı varsa, o, “Barsa”nın yanındadır”, - Laporta bildirib.