İbrahimoviç: “Övladlarıma futbol oynamamağı məsləhət gördüm”

Xəbərlər
11 Oktyabr 2025 23:34
33
İbrahimoviç: “Övladlarıma futbol oynamamağı məsləhət gördüm”

Keçmiş ulduz hücumçu və hazırda “Milan”ın baş məsləhətçisi Zlatan İbrahimoviç etiraf edib ki, övladlarına futbolçu karyerasını davam etdirməməyi tövsiyə edib.

İdman.Biz bildirir ki. İbrahimoviç 62 qolla İsveç yığmasının ən çox fərqlənən bombardiridir.

“Övladlarımın tarix yazmış bir atası var. Onlar üçün çətindir, çünki onsuz da mənə görə qiymətləndirilirlər. Onlara futbol oynamamağı tövsiyə etdim, amma heç nə alınmadı. Stressi azaltmaq və daha çox şəxsi həyatları olması üçün hər ikisini həyat yoldaşımın soyadı ilə qorudum. Nə qazanırlarsa, öz əməkləri və göstərdikləri fədakarlıq sayəsində nail olmalıdırlar”, - İbrahimoviç deyib.

İdman.Biz