Özbəkistan Kannavaronun baş məşqçi kimi debütündə Küveyti məğlub edib - VİDEO

Xəbərlər
9 Oktyabr 2025 21:20
56
Özbəkistan Kannavaronun baş məşqçi kimi debütündə Küveyti məğlub edib - VİDEO

Özbəkistan və Küveyt yığmaları arasında yoldaşlıq görüşünə yekun vurulub.

İdman.Biz-in məlumatına görə, Daşkənddə keçirilən oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov 10-cu dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Xocimat Erkinov 19-cu dəqiqədə meydan sahiblərinin fərqini artırıb.

Komandalar sonuncu dəfə 2012-ci ildə üz-üzə gəliblər. Həmin yoldaşlıq görüşündə Küveyt 1:0 hesabı ilə qalib gəlib.

Fabio Kannavaro oktyabrın 6-dan Özbəkistan millisinin baş məşqçisi vəzifəsinə keçib.

Şomurodov "Roma"nın futbolçusudur və hazırda icarə əsasında "İstanbul Başakşehir"də oynayır. Hücumçu 2017-2020-ci illərdə Rusiyanın "Rostov" klubunda çıxış edib.

İdman.Biz