Misir dünya çempionatına vəsiqə qazanıb

Xəbərlər
9 Oktyabr 2025 00:09
33
Misir dünya çempionatına vəsiqə qazanıb

Misir DÇ-2026-nın seçmə mərhələsinin 9-cu turunda Cibutini 3:0 hesabı ilə məğlub edib.

İdman.biz bildirir ki, bununla Misir A qrupunda birinci yeri və dünya çempionatına vəsiqəni təmin edib.

İlk qolu səkkizinci dəqiqədə İbrahim Adel vurub. “Liverpul”un hücumçusu Məhəmməd Salah 14-cü və 84-cü dəqiqələrdə fərqlənərək, hesabı 3:0-a çatdırıb.

Daha əvvəl Afrikadan Mərakeş və Tunis 2026-cı il dünya çempionatına vəsiqə qazanmışdı.

2026-cı il dünya çempionatında hər biri dörd komanda olmaqla 12 qrupa bölünən 48 milli komanda iştirak edəcək. İlk iki yeri tutan komanda, üçüncü yeri tutan ən yaxşı səkkiz komanda Dünya Kubokunun pley-off mərhələsinə yüksələcək. Bundan əlavə, 2026-cı il dünya çempionatına yeni mərhələ - 1/16 final əlavə olunacaq.

İdman.biz