Qattuzodan Fabio Kannovaronun təyinatına maraqlı reaksiya

Xəbərlər
8 Oktyabr 2025 06:07
32
Qattuzodan Fabio Kannovaronun təyinatına maraqlı reaksiya

Xəbər verildiyi kimi, italiyalı Fabio Kannovaro 2026-cı ildə dünya çempionatında iştirak edəcək Özbəkistan milli komandasının baş məşqçisi təyin olunub.

İdman.biz xəbər verir ki, Kannovaronun həmyerlisi İtaliya millisinin çalışdırıcısı Cennaro Qattuzo bu təyinata maraqlı reaksiya verib.

“Ona zəng vurub dedim ki, sən neynirsən? Ətirlənmisən, bəzənmisən və artıq dünya çempionatına gedirsən. Mən isə burada, səngərdə döyüşürəm”, - Qattuzo deyib.

İtaliya millisi DÇ-2026-nın seçmələrində I qrupunda 4 oyundan sonra 9 xal toplayıb və ikinci yerdədir.

İtaliya sonuncu dəfə 2014-cü ildə dünya çempionatına vəsiqə qazanıb.

İdman.biz