“Barselona” heyətini Kərim Adeyemi ilə gücləndirə bilər.
İdman.biz bildirir ki, Kataloniya klubu “Borussiya Dortmund” ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq 23 yaşlı cinah oyunçusu ilə bağlı vəziyyəti izləyir.
Adeyemi alman klubuyla müqaviləsinin uzadılması ilə bağlı razılığa gələ bilməsə, “Barselona” gələn yay onu imzalamağa cəhd edə bilər.
Kərim Adeyemi bu mövsüm Bundesliqada 6 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.