İspaniya La Liqasının 8-ci turunun “Real Madrid” – “Vilyarreal” matçına bitib.
İdman.biz bildirir ki, komandalar Madriddəki "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar. Meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.
47-ci dəqiqədə “Real Madrid”in braziliyalı cinah oyunçusu Vinisius Junior hesabı açıb. 69-cu dəqiqədə Vinisius penalti ilə ikinci qolunu vurub. 73-cü dəqiqədə “Vilyarreal”ın gürcü hücumçusu Giorgi Mikautadze hesab arasındakı fərqi azaldıb. 77-ci dəqiqədə “Vilyarreal”ın müdafiəçisi Santyaqo Mourinyo qırmızı vərəqə alıb. 81-ci dəqiqədə Mbappe yekun hesabı müəyyən edib.
Qələbə “Real Madrid”ə xallarının sayını 21-ə çatdırmağa və turnir cədvəlində “Barselona”nı iki xal qabaqlamağa imkan verib. Kataloniyalılar 8-ci turun oyununu oktyabrın 5-də “Sevilya”ya qarşı keçirəcək. Səkkiz matçdan 16 xal toplayan “Vilyarreal” La Liqada üçüncü yerdədir.