“Bayer” “Union” üzərində inamlı qələbə qazanıb

Xəbərlər
5 Oktyabr 2025 01:07
30
“Bayer” “Union” üzərində inamlı qələbə qazanıb

Bundesliqanın 6-cı turuna “Bayer” “Union Berlinlə qarşılaşıb.

İdman.biz bildirir ki, “Bayer” qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib.

33-cü dəqiqədə Ernest Poku hesabı açaraq meydan sahiblərini önə keçirib, Kristian Kofane isə 49-cu dəqiqədə dubl edib.

Bu matçdan sonra “Bayer Leverkuzen” 11 xalla cədvəldə dördüncü, “Union Berlin” isə 7 xalla 12-ci pillədə qərarlaşıb.

İdman.biz