“Fulhem”i məğlub edən “Bornmut” ikinci pilləyə yüksəlib - VİDEO

Xəbərlər
4 Oktyabr 2025 01:55
31
“Fulhem”i məğlub edən “Bornmut” ikinci pilləyə yüksəlib - VİDEO

İngiltərə Premyer Liqasının 7-ci turunda “Bornmut” doğma meydanda “Fulhem”i 3:1 hesabı ilə məğlub edib.

İdman.biz-in məlumatına görə, qonaqlar 70-ci dəqiqədə Rayan Sessenyonun qolu ilə önə keçib.

Lakin meydan sahibləri tez bir zamanda üstünlüyü ələ keçiriblər. Antuan Semenyo (79) hesabı bərabərləşdirib, ardınca Castin Kluivert (84) “Bornmut”u önə keçirib. Daha sonra Semenyo (90+6) dubl edərək qələbəni rəsmiləşdirib.

Andoni İraolanın yetirmələrinin 14 xalı var və turnir cədvəlinin ikinci pilləsinə yüksəliblər. 15 xalı olan “Liverpul” zirvədədir. Marko Silvanın “Fulhem” komandası 8 xalla 11-ci yerdədir.

Növbəti turda oktyabrın 18-də “Bornmut” səfərdə “Kristal Pelas”la oynayacaq, “Fulhem” isə “Arsenal”ı qəbul edəcək.

İdman.biz