“Rizerspor”dan “Antalyaspor” qarşısında acınacaqlı məğlubiyyət

Xəbərlər
4 Oktyabr 2025 01:42
28
“Rizerspor”dan “Antalyaspor” qarşısında acınacaqlı məğlubiyyət

Türkiyə Superliqasının səkkizinci turunda “Antalyaspor” doğma meydanda “Rizerspor”a 5:2 hesabı ilə uduzub.

İdman.biz-in məlumatına görə, qonaqlar artıq 10-cu dəqiqədə Cesuran Rak-Sakya və Vatslav Jureçkanın qolları ilə 2:0 öndə olub. 13-cü dəqiqədə meydan sahibləri Soner Dikmenin qolu ilə hesab arasındakı fərqi azaltsalar da, fasilədən sonra Rak-Sakya dubl edib – 1:3.

Matçın sonlarında Altın Zekiri (86) və Valentin Mihayle (90+1) “Rizerspor”un növbəti qollarını vurublar. Tomaş Çvançara isə “Antalyaspor”un (89') ikinci qoluna imza atlb.

59-cu dəqiqədə Sander van de Streek meydandan qovulduqdan sonra meydan sahibləri 10 nəfərlə qalıb.

Bu qələbə ilə “Rizerspor”" 8 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsinə yüksəlib. “Antalyaspor” isə 10 xalla 9-cudur.

İdman.biz