“Mən həqiqəti deyirəm. Öz həqiqətimi yox, əsl həqiqəti deyirəm. Futbolu həmişə sağlamlıq və digər problemləri ola-ola oynayırlar”.
İdman.biz bildirir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Lamin Yamalın yığmanın oyununda zədəli halda meydana çıxması ilə bağlı iddialara cavab olaraq bildirib.
Belə ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik sağlamlıqla bağlı narahatlığına baxmayaraq, sentyabrda milli komandanın öz oyunlarında Lamin Yamaldan istifadə etməsindən narazılığını bildirmişdi.
“Heç bir tibbi təfərrüatı açıqlamayacağam. Heç nə olmayıb. Deyəsən, oyundan sonra özünü bir az diskomfort hiss edib. Bu qədər. Mən ümumiyyətlə bu məsələni başa düşmürəm. Futbolda həmişə risk var. Futbolçular komandalarında oynayırlarsa, demək ki, oynamaq üçün oradadırlar. Bu belədir. Düşünmürəm ki, biz nəsə səhv etmişik. İdmanda risk təbii haldır”.