İspaniya millisinin baş məşqçisi Luis de la Fuente "Barselona"nın çalışdırıcısı Hans-Diter Flikin Yamalla bağlı narazılığına yenə reaksiya verib.
İdman.biz bildirir ki, Flik sağlamlıqla bağlı narahatlığına baxmayaraq, sentyabrda milli komandanın öz oyunlarında Lamin Yamaldan istifadə etməsindən narazılığını bildirmişdi.
“Onun sözlərinə təəccübləndim. Fikirləşirdim ki, o, bizi daha çox başa düşəcək, axı o, millinin baş məşqçisi olub. Mənim ona qarşı heç bir iddiam yoxdur. Bu, ikinci dərəcəli məsələdir. Biz dünya çempionluğu uğrunda oynayırıq. O, bir söz dedi, mən də başqasını. Vəssalam”, - De la Fuente vurğulayıb.