“Roma” gözlənilmədən öz meydanında məğlub olub - VİDEO

Xəbərlər
2 Oktyabr 2025 23:06
29
“Roma” gözlənilmədən öz meydanında məğlub olub - VİDEO

Avropa Liqasının II turunun “Roma” (İtaliya) – “Lill” (Fransa) oyunu başa çatıb.

İdman.biz xəbər verir ki, Romadakı “Olimpiko” stadionunda baş tutan qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçın 6-cı dəqiqəsində yeganə qolu “Lill”in yarımmüdafiəçisi Haakon-Arnar Haraldsson vurub. 82-ci dəqiqədə "Lill"in qapısına penalti zərbəsi təyin olunub. "Roma"nın oyunçusu Artyom Dovbik 2 cəhddə topu fransızların qapısından keçirə bilməyib. Soulenin vurduğu üçüncü penaltini də qapıçı Özer qaytarıb.

Növbəti mərhələdə “Roma” “Viktoriya Plzen”lə (23 oktyabr), “Lill” isə PAOK-la (23 oktyabr) qarşılaşacaq.

Qeyd edək ki, builki Avropa Liqasının finalı İstanbuldakı “Beşiktaş” stadionunda keçiriləcək. Turnirin həlledici oyunu 2026-cı il mayın 20-də baş tutacaq. Hazırda Avropa Liqasının qalibi “Tottenhem Hotspur”dur.

İdman.biz