Alisson Bekker zədə səbəbindən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq

Xəbərlər
2 Oktyabr 2025 22:02
27
Alisson Bekker zədə səbəbindən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq

“Liverpul”un qapıçısı Alisson Bekker Çempionlar Liqasının 2-ci turunda “Qalatasaray”a 0:1 hesabı ilə uduzduqları matçda aldığı zədə səbəbindən təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

İdman.biz bildirir ki, bu barədə jurnalist David Ornşteyn özünün X sosial media səhifəsində məlumat verib.

Mənbənin sözlərinə görə, braziliyalı qolkiper noyabrda beynəlxalq fasilədən sonra meydana qayıdacaq. “Qırmızılar” hələlik bu məlumatı təsdiqləməyib.

Bu mövsüm Alisson bütün yarışlarda doqquz matçda meydana çıxıb, iki oyunda qapısında qol görməyib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 20 milyon avrodur.

İdman.biz