“Kayrat”ın qapıçısına beş qol buraxmasına baxmayaraq avtomobil hədiyyə edildi

Xəbərlər
1 Oktyabr 2025 21:57
42
“Kayrat”ın qapıçısına beş qol buraxmasına baxmayaraq avtomobil hədiyyə edildi

“Kayrat”ın qapıçısı Şerxan Kalmurza Çempionlar Liqasında “Real”la oyunda 5 top buraxmasına baxmayaraq, hədiyyə alıb.

İdman.biz bildirir ki, dünən planetin ən yaxşı futbolçularından zərbələrinin qarşısında aciz qalan Kalmurza “Real”ın qapıçısı Kurtua ilə köynəyini dəyişib, bu gün yeni avtomobilin sahibi olub.

Şerxana maşını qazaxıstanlı iş adamı Uluqbek Şaripov hədiyyə edib. Qapıçı hədiyyəni alarkən göz yaşlarını saxlaya bilməyib.

Cəmi bir neçə həftə əvvəl Kalmurza “Kayrat”ın üçüncü qapıçısı idi və karyerasında heç bir oyun keçirməmişdi.

İdman.biz