İsrail "Budö-Qlimt"in qolkiperini milliləşdirmək istəyir

Xəbərlər
1 Oktyabr 2025 21:41
33
İsrail "Budö-Qlimt"in qolkiperini milliləşdirmək istəyir

İsrail millisi "Budö-Qlimt" klubunun rusiyalı qapıçısı Nikita Xaykini vətəndaşlığa qəbul etdirmək istəyir.

İdman.biz bu barədə "Walla"ya istinadən məlumat verir.

Nəşrin məlumatına görə, İsrail millisinin rəhbərliyi komandanın qapıçılarının oyun vaxtının az olması və pis formada olmasından narahatdır. DÇ-2026-nın seçmə mərhələsinin son oyununda “göy-ağlar”ın qapıçısı Daniel Perets İtaliya millisindən 5 qol buraxıb. Buna görə də komanda rəsmiləri hələ mundialın seçmə mərhələsi başlamazdan əvvəl namizədliyi nəzərdən keçirilən Nikita Xaykinin dəvət olunmasında maraqlıdırlar. Həmçinin qeyd edilir ki, “Budö-Qlimt”in futbolçusu Norveç vətəndaşlığını almaq istəyir.

Xaykin Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasında iki oyun keçirib. O, həmçinin böyüklərdən ibarət komandaya çağırılıb, lakin bir oyun belə keçirməyib.

Bu mövsüm qapıçı bütün yarışlarda 26 oyun keçirib, 26 qol buraxıb.

İdman.biz