“Budö-Qlimt” son dəqiqələrdə qələbəni əldən verib - VİDEO

Xəbərlər
1 Oktyabr 2025 01:26
33
“Budö-Qlimt” son dəqiqələrdə qələbəni əldən verib - VİDEO

Çempionlar Liqasının 2-ci turunda “Budö-Qlimt” (Norveç) İngiltərənin “Tottenhem” klubunu qəbul edib.

İdman.biz bildirir ki, oyun Budo şəhərindəki “Aspmira” stadionunda baş tutub. Qarşılaşma 2-2 hesabı ilə başa çatıb.

53-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Yens Petter Hauge hesabı açıb. 66-cı dəqiqədə Petter Hauge fərqi artırıb – 2:0. İki dəqiqə sonra müdafiəçi Miki van de Ven hesab arasındakı fərqi azaldıb. 89-cu dəqiqədə norveçli müdafiəçi Yosteyn Qundersen avtoqola imza atıb – 2:2.

Növbəti mərhələdə Norveç klubu “Qalatasaray”la qarşılaşacaq. Qarşılaşma oktyabrın 22-də baş tutacaq. London klubu isə “Monako” ilə görüşəcək (22 oktyabr).

İdman.biz