“Real”ın müdafiəçisi azarkeşlərdən üzr istəyib

Xəbərlər
30 Sentyabr 2025 01:58
28
“Real”ın müdafiəçisi azarkeşlərdən üzr istəyib

“Real Madrid”in müdafiəçisi Din Heysen İspaniya çempionatının 7-ci turunda “Atletiko”ya məğlub olduqları oyundan sonra azarkeşlərə müraciət edib.

İdman.biz xəbər verir ki, qarşılaşma 5:2 hesabı ilə “Atletiko”nin xeyrinə başa çatıb.

Futbolçu sosial media platforması X hesabında “Bu həftə sonu üçün azarkeşlərdən üzr istəyirəm. Davam edəcəyik, hələ uzun yolumuz var” sözlərini yazıb.

Bu məğlubiyyət Xabi Alonsonun komandası üçün cari mövsümdə ilk olub. Həmçinin son 75 ildə ilk dəfə “Real Madrid” “Atletiko” ilə matçda 5 qol buraxıb.

Sentyabrın 30-da Madrid klubu Çempionlar Liqasının ikinci turu çərçivəsində “Kayrat”la qarşılaşacaq.

İdman.biz