La Liqa: “Qarabağ”ın rəqibi məğlub olub - VİDEO

Xəbərlər
28 Sentyabr 2025 01:42
32
La Liqa: “Qarabağ”ın rəqibi məğlub olub - VİDEO

İspaniya La Liqasında VII turda “Vilyarreal” “Atletik Bilbao”nu qonaq edib.

İdman.biz bildirir ki, komandalar Vilyarrealdakı “Estadio Seramika” stadionunda qarşılaşıblar.

Oyunda yeganə qolu 77-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Alberto Moleyro vurub.

“Vilyarreal” ilk 7 matçdan sonra 16 xalla İspaniya çempionatının cədvəlində üçüncüdür. “Atletik Bilbao” 10 xalla La Liqada səkkizincidir.

“Atletik Bilbao” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Komandalar arasında oyun oktyabrın 22-də Bilbaoda keçiriləcək.

İdman.biz