Rusiya Veronika Jilinanın Azərbaycan yığmasına keçidinə razılıq vermir

Xəbərlər
13 May 2025 22:21
114
Rusiya Veronika Jilinanın Azərbaycan yığmasına keçidinə razılıq vermir

Rusiya Fiqurlu Konkisürmə Federasiyası Veronika Jilinanın Azərbaycan yığmasına keçidinə razılıq verməyib.

İdman.biz xəbər verir ki, bu barədə qurumun rəhbəri Anton Sixarulidze İcraiyyə Komitəsinin iclasınıdan sonra açıqlamasında deyib.

O, 16 yaşlı idmançının hələ də Rusiya millisinin üzvü kimi siyahıda olduğunu bildirib: "Veronika Jilina heç bir ölkəyə keçə bilməz, çünki o, hələ də Rusiya millisinin üzvüdür. Onun niyə çıxış etmədiyini başa düşmürük. Biz onun qayıtmasını gözləyirik - Veronika əla formadadır, onun böyük potensialı var".

Qeyd edək ki, Yevgeni Plyuşenkonun yetirməsi zədə səbəbindən ötən mövsümü buraxıb. Az əvvəl Jilina keçmiş məşqçisi Sergey Rozanovu 11 yaşında ikən ona zorakılıq tətbiq etməkdə günahlandırmışdı.

İdman.biz