Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub

Xəbərlər
23 Oktyabr 2023 10:20
294
Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub

ABŞ-da fiqurlu konkisürmə üzrə "Skate America" Qran-prisi keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanı Vladimir Litvintsev təmsil edib.

O, qısa və sərbəst proqramla çıxış edib. Təmsilçimiz 12 idmançı arasında yekun nəticəyə əsasən 237,44 xalla 5-ci yeri tutub.

Yarışın qalibi isə 310,47 xalla İlya Malinin (ABŞ) olub.

İdman.biz