“Murov Az Terminal” baş məşqçi ilə müqaviləni uzadıb

Xəbərlər
16 Sentyabr 2025 21:45
36
“Murov Az Terminal” baş məşqçi ilə müqaviləni uzadıb

“Murov Az Terminal” qadın voleybol komandası baş məşqçi Eldar Əliyevlə müqavilənin müddətini uzadıb.

İdman.biz-in paytaxt klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mütəxəssis 2025/2026 mövsümündə komanda ilə işləməyə davam edəcək.

Əliyev “Murov Az Terminal”ın sükanı arxasında qalacaq və komanda ilə birlikdə yeni uğurlara can atacaq.

İdman.biz