Azərbaycanın qadınlardan ibarət millisinin voleybolçuları III MDB Oyunlarına hazırlaşan 15 yaşadək yığma komanda ilə görüşüblər.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
AVF-nin idman zalında baş tutan görüşdə təcrübəli voleybolçular gənc idmançılarla səmimi söhbət edərək öz təcrübələrini bölüşüblər, qarşıdakı yarışlarda uğurlar arzulayıblar.
İdman.biz