Voleybol mütəxəssisimiz beynəlxalq oyuna təyinat alıb

Xəbərlər
15 Avqust 2025 13:03
34
Voleybol mütəxəssisimiz beynəlxalq oyuna təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

İdman.biz AVF-yə istinadən xəbər verir ki, Frişman kişi voleybolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək.

O, E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 16-da İsveçrədə keçiriləcək.

İdman.biz