Braziliyalı baş məşqçi Azərbaycan klubunda

Xəbərlər
30 İyun 2025 10:56
93
Braziliyalı baş məşqçi Azərbaycan klubunda

"Gəncə" voleybol komandasının yeni baş məşqçisi məlum olub.

İdman.biz xəbər verir ki, bu vəzifəyə braziliyalı Rafael Petri gətirilib.

Onunla birillik müqavilə imzalanıb.

44 yaşlı çalışdırıcı 23 illik təcrübəyə malikdir. O, 2023/2024-cü il mövsümündə Peru təmsilçisi “Alianza Lima” klubunu ölkə çempionu edib. Bu, klubun 31 ildən sonra qazandığı ilk çempionluq olub.

Rafael Petri karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublara başçılıq edib.

O, Kolumbiyanın U-17, U-18 və U-20 milli komandalarına da rəhbərlik edib.

2020–2022-ci illərdə isə Meksika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.

İdman.biz