“Gəncə” voleybolçusu ilə yeni müqavilə imzalayıb

Xəbərlər
21 İyun 2025 14:48
35
“Gəncə” voleybolçusu ilə yeni müqavilə imzalayıb

“Gəncə” voleybol klubu yeni mövsüm üçün heyətin formalaşdırılmasına start verib.

İdman.biz xəbər verir ki, komanda Nərminə Musayeva ilə bir mövsümlük müqavilə imzalayıb.

Ötən mövsüm də “Gəncə”də forma geyinən voleybolçu Azərbaycan kuboku yarışlarının gümüş medalına sahib olub.

İdman.biz