Yığmamız Avropa Gümüş Liqasını məğlubiyyətlə başa vurub

Xəbərlər
21 İyun 2025 21:18
123
Yığmamız Avropa Gümüş Liqasını məğlubiyyətlə başa vurub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında sonuncu matçına çıxıb.

İdman.biz xəbər verir ki, Fərid Cəlalovun komandası Farer adalarında Avstriyanı sınağa çəkib.

İlk 5 oyunda 2 qələbə qazanan yığmamızın növbəti 3 xal uğrunda mübarizə aparıb. Amma voleybolçularımızın istəyi alınmayıb. Güclü rəqiblə görüşdə millimiz hər setdə uduzub.

Komandamız turniri 6 xalla başa vurub.

Avropa Gümüş Liqası
21 iyun
III tur, 6-cı oyun
Kişilər
20:00. Avstriya - Azərbaycan - 3:0 (25:18, 25:18, 25:14)
Hakimlər:
David Ryan (Farer adaları), Niklas Tomsen (Danimarka)
Sandur, “Höllin inni i Dal”

Qeyd edək ki, Avstriya 2 oyundan 3 xal yığıb və turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.

İdman.biz