Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Avropa Gümüş Liqasında növbəti matçına çıxıb.
İdman.biz xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu yığma Bakıda Lüksemburqla qarşılaşıb.
2 oyundan sonra aktivində 3 xalı olan voleybolçularımız Lüksemburqla qarşılaşıblar. Oyun mərkəzi avropalıların üstünlüyü ilə keçib. Millimiz hər üç setdə məğlub olub.
Avropa Gümüş Liqası
III tur
18:00. Lüksemburq - Azərbaycan - 3:0 (25:20, 25:19, 25:21)
Hakimlər: Çevril Ebru Kaya (Türkiyə), Miroslav Yuraçek (Slovakiya)
Bakı, GİN-in Voleybol Mərkəzi
Qeyd edək ki, millimiz iyunun 15-də Macarıstanı sınağa çəkəcək.
İdman.biz