AVF rəsmisi Avropa Qızıl Liqası oyunlarına təyinat alıb

Xəbərlər
6 İyun 2025 14:11
38
AVF rəsmisi Avropa Qızıl Liqası oyunlarına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən kişi voleybolçular arasında Avropa Qızıl Liqası oyunlarına təyinat alıb.

İdman.biz xəbər verir ki, İsmayılova iyunun 6-8-də Rumıniyanın Mioveni şəhərində keçiriləcək ikinci turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Ev sahibi ilə yanaşı, Monteneqro və Latviya komandaları mübarizə aparacaqlar.

İdman.biz