Gümüş Avropa Liqası: Millimiz İsveçə quru hesabla uduzub

Xəbərlər
6 İyun 2025 20:17
85
Gümüş Avropa Liqası: Millimiz İsveçə quru hesabla uduzub

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Gümüş Avropa Liqasında ilk matçına çıxıb.

İdman.biz xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu yığma I tura ev sahibliyi edən İsveçlə qarşılaşıb.

Qarşılaşmada rəqib aşkar favorit hesab olunurdu. Bu oyunda da öz əksini tapıb. Voleybolçularımız isveçlilərə yalnız ikinci setdə müqavimət göstərə biliblər. Digər iki setdə isə İsveç komandası müvafiq olaraq, 12 və 11 xallıq fərqlə üstün olub.

Gümüş Avropa Liqası
I tur
19:00. Azərbaycan – İsveç - 0:3 (13:25, 20:25, 14:25)
Hakimlər:
Ellen Mari Burhem (Norveç), Morten Kleyn (Danimarka)
Umeo, “Energi Arena Vatten”

Qeyd edək ki, günün digər görüşündə İslandiya Lüksemburqu sınağa çəkəcək. Yığmamız isə ikinci oyununu sabah Gürcüstana qarşı keçirəcək.

İdman.biz