Qadınlardan ibarət Azərbaycan millisinin sabiq voleybolçusu Şəfaqət Alışanova "Azərreyl"ə keçib.
İdman.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a 34 yaşlı toppaylayıcı özü məlumat verib.
Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Alışanova daha əvvəl də “Azərreyl”in formasını geyinib. O,son olaraq isə 2023-2024-cü illər mövsümündə “Milli Aviasiya Akademiyası”nda çıxış edib.
İdman.biz