“Xarıbülbül Şuşa” çempion olub - FOTO

Xəbərlər
27 May 2025 00:46
97
“Xarıbülbül Şuşa” çempion olub - FOTO

18 yaşadək voleybolçu qız və oğlanların Azərbaycan birinciliyində mükafatçılar bəlli olub.

İdman.biz xəbər verir ki, AVF-nin İdman zalında qızların və oğlanların yarışında bürünc və qızıl medal uğrunda oyunlar keçirilib.

Qızlar arasında üçüncü yer uğrunda qarşılaşmada “Abşeron“ klubu “Lokomotiv“ komandasını 3:2 hesabı ilə məğlub edib. Oğlanların mübarizəsində isə “Naxçıvan“ klubu “Oğuz RVK“ya 3:1 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Qızların finalında “Azərreyl-1” klubu “Şərqi Zəngəzur RVK”nı 3:1, oğlanların finalında isə “Xarıbülbül Şuşa” komandası “Murov Az Terminal” kubunu 3:1 hesabları ilə məğlub edərək çempion olublar.

Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblərə kubok və medalları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və AVF-nin İdarə heyətinin üzvü İlqar Nuriyev təqdim ediblər.

İdman.biz