Polina Rəhimova Braziliya çempionu olub

Xəbərlər
2 May 2025 10:59
251
Polina Rəhimova Braziliya çempionu olub

Azərbaycan voleybolçusu Polina Rəhimova Braziliya çempionu olub.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Osasko" finalda "Sessi Bauru"ya qalib gəlib - 3:1.

Çox gərgin mübarizə şəraitində keçən görüşdə “Osasko” iki hissəni tay-brekdə qazanıb, Rəhimova isə cəmi iki xal toplayıb.

Beləliklə, daha əvvəl ölkə kubokunu qazanan komanda qızıl dubl edib.

Qeyd edək ki, Rəhimova üçün bu, Braziliyada ilk çempionluqdur.

İdman.biz