Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Rəhimova və "Osasko" final ümidini saxlayırlar - İdman və Biz

Rəhimova və "Osasko" final ümidini saxlayırlar

Xəbərlər
22 Aprel 2025 11:40
313
Rəhimova və "Osasko" final ümidini saxlayırlar

Polina Rəhimova "Osasko"nun heyətində Braziliya çempionatının finalına vəsiqə uğrunda mübarizəni davam etdirir.

İdman.biz xəbər verir ki, Azərbaycan voleybolçusu "Minas"la yarımfinal seriyasında komandasına hesabı bərabərləşdirməyə kömək edib.

İlk oyunda 0:3 hesabı ilə məğlub olan "Osasko" ikinci görüşdə tay-brekdə 3:2 hesabı ilə qalib gəlib. Rəhimova 11 xal toplayıb.

Komandalar arasında üçüncü oyun aprelin 26-da keçiriləcək.

İdman.biz