FİNAL: “Azərreyl”dən ilk matçda "quru hesablı" qələbə - FOTO

Xəbərlər
22 Aprel 2025 16:58
491
FİNAL: “Azərreyl”dən ilk matçda "quru hesablı" qələbə - FOTO

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, “Azərreyl” “Murov Az Terminal”la üz-üzə gəlib.

Görüş GİN-in Voleybol Mərkəzində keçirilib. “Azərreyl” 3:0 hesabı ilə qalib gəlib. Son çempion bununla da titulunu qorumaq yolunda inamlı addım atıb.

Yüksək Liqa (kişilər)
Final, 1-ci oyun
22 aprel
15:00. “Azərreyl” - “Murov Az Terminal” - 3:0 (25:19, 25:17, 25:18)

GİN-in Voleybol Mərkəzi

Qeyd edək ki, komandalar arasında ikinci oyun aprelin 25-də keçiriləcək.

İdman.biz