Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Rəhimovanın komandası liderə çatıb - İdman və Biz

Rəhimovanın komandası liderə çatıb

Xəbərlər
8 Yanvar 2025 13:48
161
Rəhimovanın komandası liderə çatıb

Braziliyanın "Osasko" klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova bu il ilk oyununa çıxıb.

İdman.biz xəbər verir ki, onun komandası Braziliya müntəzəm çempionatı çərçivəsində doğma meydanda "Marinqa"ya 3:1 hesabı ilə qalib gəlib.

Polina oyunda 6 xal toplayıb.

Bu nəticə "Osasko"ya turnirin lideri "Praya"ya çatmağa imkan verib. İndi hər iki komandanın hesabında 29 xal var.

İdman.biz