Yığmamız Xorvatiyanı 3 setdə məğlub edib

Xəbərlər
17 May 2024 22:36
495
Yığmamız Xorvatiyanı 3 setdə məğlub edib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Faiq Qarayevin yetirmələri Xorvatiya ilə üz-üzə gəlib.

Matç Qızıl Avropa Liqası çərçivəsində baş tutub. Yığmamız Osiyekdə təşkil olunan turnirin ilk görüşündə meydan sahiblərini asanlıqla məğlub edib. Millimiz hər 3 setdə xorvatlardan güclü olub.

Qeyd edək ki, ikinci matçına sabah çıxacaq komandamız Slovakiya ilə qarşılaşacaq.

Qızıl Avropa Liqası (qadınlar)
I mərhələ
17 may
21:00. Azərbaycan – Xorvatiya - 3:0 (25:19, 25:19, 25:22)
Hakimlər:
Bernard Valentar (Sloveniya), Mari-Katerin Bulanger (Belçika)
Osiyek Şəhər Təlim İdman Zalı

İdman.biz

Məqalədə: