Anastasiya Bayduk: “Qarşımıza qalib gəlmək vəzifəsi qoyulub”

Müsahibə
7 May 2024 13:23
Anastasiya Bayduk: “Qarşımıza qalib gəlmək vəzifəsi qoyulub”

“Təəssüf ki, bu il hazırlıq üçün vaxtımız çox azdır. Amma çalışırıq, yaxşı məşqlər keçirik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Anastasiya Bayduk deyib.

Qızıl Avropa Liqasının seçmə mərhələsinə Voleybol Mərkəzində hazırlaşan yığmamızın üzvü Xorvatiyada keçiriləcək matçlar barədə fikirlərini bildirib: “Maksimum bacarığımızı göstərməyə və özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Bu üzdən də qələbə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

Təcrübəli voleybolçu millinin qarşısına qoyulan vəzifəyə də toxunub: “Qarşımıza ən yaxşı oyunumuzu göstərmək və qalib gəlmək vəzifəsi qoyulub. Bütün rəqiblər güclüdür. Amma maksimuma nail olmağa çalışacağıq”.

Qeyd edək ki, Qızıl Avropa Liqasında ilk mərhələnin oyunları mayın 17-19-da Xorvatiyada baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz