Çempion titulunu qoruyub - VİDEO - FOTO

Xəbərlər
23 Aprel 2024 17:58
434
Çempion titulunu qoruyub - VİDEO - FOTO

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, Yüksək Liqanın final matçında “Azərreyl” “Abşeron”u sınağa çəkib.

Qarşılaşmanı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasilyeva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezidenti Faiq Qarayev, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, ölkəmizdə səfərdə olan Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili də olublar.

Son iki mövsümün çempionlarının dueli gərgin mübarizə şəraitində keçib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmanın taleyi 4 setdə həll olunub. Ötən mövsümün çempionu “Azərreyl” 3:1 hesablı qələbə ilə titulunu qoruyub.

Qeyd edək ki, qadınların çempionatında 3-cü yeri “Gəncə”yə üç setdə qalib gələn “Murov Az Terminal” tutub.

Yüksək Liqa, qadınlar

Final
23 aprel
16:00. “Azərreyl” - “Abşeron” - 3:1 (25:13, 15:25, 25:21, 25:21)

Bakı İdman Sarayı

İdman.biz