Polina Rəhimova Azərbaycan qadın voleybol millisində çıxışını başa vurub.
İdman.Biz xəbər verir ki, 36 yaşlı hücumçu yığmanın heyətində son matçını Avropa çempionatının 1/8 final mərhələsində keçirib. Azərbaycan millisi bu görüşdə Türkiyə ilə qarşılaşıb.
İstanbulda yerləşən “Sinan Erdem” İdman Sarayında keçirilən qarşılaşmada meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər. Setlər Türkiyənin xeyrinə 25:14, 25:16, 25:22 hesabları ilə başa çatıb.
Qeyd edək ki, Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin formasını geyinib.
