Türkiyə voleybol millisi Aralıq dənizi Oyunlarının qalibi oldu

30 Avqust 2026 21:50
104
Türkiyə voleybol millisi Aralıq dənizi Oyunlarının qalibi oldu

Türkiyənin qadın voleybol millisi Tarantoda keçirilən 2026-cı il Aralıq dənizi Oyunlarında qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, Türkiyə yığması həlledici görüşdə İtaliya millisini 3:0 hesabı ilə məğlub edərək çempion olub.

Finalın setləri 25:22, 26:24 və 25:18 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatıb.

Türkiyə turnir boyu məğlubiyyət yaşamadan finala yüksəlib. Komanda yarımfinalda Serbiyanı 3:1 hesabı ilə məğlub etmişdi.

Beləliklə, Türkiyənin qadın voleybol millisi Taranto-2026-nı qızıl medalla başa vurub.

İdman.Biz