Rumıniya millisinin voleybolçusu: “Bakıdakı qələbəyə görə çox xoşbəxtik”

28 Avqust 2026 19:28
100
Rumıniya millisinin voleybolçusu: “Bakıdakı qələbəyə görə çox xoşbəxtik”

Rumıniya millisinin voleybolçusu Andreea Diana Ariton Bakıda keçirilən Avropa çempionatında İspaniya üzərində qazandıqları qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, o, qarşılaşmadan sonra fikirlərini bölüşüb:

"Qələbə qazanmaq çox gözəl hissdir. Bunun üçün həqiqətən çox çalışdıq. Təəssüf ki, növbəti mərhələyə yüksələ bilmədik, amma bu qələbəyə görə çox xoşbəxtik".

Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda Rumıniya İspaniyanı 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma Bakıda, Milli Gimnastika Arenasında keçirilib.

İdman.Biz