İspaniya yığması Bakıda təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda Belçikaya 2:3 hesabı ilə məğlub olub.
İdman.Biz xəbər verir ki, Julia De Paula Viana qarşılaşmanın gərgin keçdiyini bildirib.
“Həqiqətən də çox çətin oyun oldu. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirdik və müəyyən mənada sürpriz etməyi bacardıq. Bu oyunu hər iki komanda qazana bilərdi. Belçika da çox güclü və çətin rəqibdir”, - deyə voleybolçu bildirib.
Qeyd edək ki, Belçika – İspaniya görüşü 3:2 (25:15, 18:25, 23:25, 25:17, 15:8) hesabı ilə başa çatıb.
