“Gəncə” rusiyalı legionerini yola salıb

Xəbərlər
6 Yanvar 2024 14:21
148
“Gəncə” rusiyalı legionerini yola salıb

"Gəncə" daha bir voleybolsu ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, komanda rusiyalı Anna Dmitrieva ilə vidalaşıb.

Oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Voleybolçu cari mövsümün əvvəlində Rusiyanın "Peterburq-Qaz" klubundan transfer olunmuşdu.

Qeyd edək ki, "Gəncə" daha əvvəl digər rusiyalı voleybolçu Anna Balberova ilə vidalaşıb.

İdman.biz